Yaponiyada bu peyvəndin istifadəsi dayandırıldıbackend

Yaponiyada bu peyvəndin istifadəsi dayandırıldı

Yaponiyada “Moderna” peyvəndlərində qara hissəciklər aşkarlanıb.
Hokm.az azxeber.com-a istinadən xəbər verir ki, ABŞ şirkəti olan “Moderna” tərəfindən hazırlanan COVİD-19 vaksinlərində xarici maddələrin olması səbəbindən peyvənd istifadəsini dayandırılıb.
Yaponiyada peyvəndə baxış zamanı naməlum qara hissəciklər aşkar edildiyi açıqlanıb. Peyvəndin istifadəsi müvəqqəti olaraq dayandırılıb.
İstifadə üçün təhlükəli, eyni zamanda şübhəli olan bu peyvəndin daha əvvəl 3790 adama vurulduğu məlum olub.
Onu da qeyd edək ki, Yaponiya “Moderna” peyvəndini 18 yaşdan yuxarı insanlarda təcili istifadə üçün təsdiqləmişdi. Peyvəndlər ilk dəfə Tokio və Osakada Özünümüdafiə Qüvvələri (SDF) tərəfindən qurulan kütləvi peyvənd mərkəzlərində, yerli hökumətlərdə və peyvənd proqramlarında istifadə edilib.
Peyvənd şirkətlər və universitetlər tərəfindən idarə olunur. Bu peyvəndlər tam araşdırılana qədər istifadəsi ölkə üzrə dayandırılıb.
  •  (0)
  •  (1)