YAP Ramiz Göyüşovla bağlı qərar verdibackend

YAP Ramiz Göyüşovla bağlı qərar verdi

Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşov partiya sıralarından xaric edilib.

Hokm.az-ın xəbərinə görə, bununla bağlı YAP İdarə Heyətinin bu gün keçirilən iclasında qərar qəbul edilib.

R.Göyüşovun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə bu il iyunun 30-da keçirilmiş hesabat konfransında xitam verilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Ramiz Göyüşovun qeyri-əxlaqi videogörüntüləri yayılıb.

  •  (0)
  •  (0)