YAP namizədindən uğurlu kampaniya – Sosial media ondan danışırbackend

YAP namizədindən uğurlu kampaniya – Sosial media ondan danışır

101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Elşad Mirbəşir oğlu möhtəşəm təbliğat-təşviqat kampaniyası ilə yadda qalıb. Namizəd olduğu dairəni qarış-qarış gəzən Elşad Mirbəşir oğlu keçirdiyi görüşlərin sosial media platformalarında orijinal və göz oxşayan təqdimatı ilə ölkə ictimaiyyətinin diqqətini özünə cəlb edib. Elşad Mirbəşir oğlunun keçirdiyi bütün görüşlər “kəps”, “poster” və təsirli videoçarxlarla sosial şəbəkələrdə paylaşılmışdır. Təbliğat-təşviqat kampaniyası başlandığı gündən özünə məxsus olan feysbuk və instaqram səhifələrində aktiv şəkildə paylaşımlar edilmişdir. Hər gün ən azı 3 kənddə açıq məkanda seçiciləri ilə görüşən Elşad Mirbəşir oğlu Göygöl və Daşkəsən rayonlarının ən ucqar dağlıq kəndlərində yaşayan seçicilərinin hüzuruna gəlməkdən böyük zövq aldığını ifadə edib.

Elşad Mirbəşir oğlu Yeni Azərbaycan Partiyasının platformasını bütün seçicilərinə çatdırmaq məqsədilə bu və ya digər səbəblərdən görüşlərdə iştirak edə bilməyən seçicilərinin qapısını döymüş, qonaq olduğu evlərdə sevgi, hörmət və səmimi dəstəklə qarşılanmışdır. Etimad qazanacağı təqdirdə seçicilərinin xidmətçisi olmaqdan böyük şərəf duyacağını bildirən Elşad Mirbəşir oğlu ifadə etdiyi dəyərli fikirləri ilə Göygöl və Daşkəsən camaatının böyük rəğbətini qazanıb.

Elşad Mirbəşir oğlunun keçirdiyi bütün görüşlərdə ciddi seçici izdihamı müşahidə olunub. YAP namizədinin Göygöl Gənclər Evində keçirdiyi görüşdə nə az-nə çox 300 nəfər iştirak edib.

Elşad Mirbəşir oğlu birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın nəcib təşəbbüsünə töhfə vermək məqsədilə Göygöl rayonunda ağacəkmə aksiyası təşkil edib. 2 fevral Gənclər Gününə təsadüf edən bu aksiya rayon gənclərinin böyük marağına səbəb olmuşdur.

 

https://www.facebook.com/elshadmirbashiroglu/?modal=admin_todo_tour

  •  (0)
  •  (0)