Sabah hakim Yeni Azərbaycan Partiyasının əsas seçkili ali orqanı olan Siyasi Şuranın təcili iclası çağırılıb.
Hokm.az xəbər verir ki, bu haqda isə Etikxeber.az-a YAP-dakı mənbədən məlumat daxil olub.
Ancaq YAP-dakı mənbə, eləcə də, hakim partiyadan olan millət vəkilləri təcili iclasın hansı səbəbdən çağırıldığını dəqiq bilmirlər.
Xatırladaq ki, iclas sabah 11:00-da YAP-ın mərkəzi qərargahında baş tutacaq və onun təxminən 2-cən çəkəcəyi gözlənilir.
















