Yanvarda dünya əhalisini gözləyən 6 ağır gün Editbackend

Yanvarda dünya əhalisini gözləyən 6 ağır gün Edit

Yanvar ayının ikinci ongünlüyündə Yer kürəsinin sakinləri 6 maqnit qasırğası ilə üz-üzə qalacaq.
Hokm.az xəbər verir ki, bu barədə P.N. Lebedev adına Fizika İnstitutu məlumat yayıb. Məlumata görə, ayın 11, 12, 15, 17 və 18-i tarixlərində 3 bal gücündə maqnit qasırğası olacaq. Ən güclü təbiət hadisəsi yanvarın 16-da qeydə alınacaq. Həmin gün geomaqnit titrəyişlərinin gücü 4 bala çatacaq.

 

Geomaqnit sahəsinin güclü pozulmaları insan sağlamlığına təsir göstərərək baş ağrısı, yorğunluq, əsəbilik, ümumiyyətlə, sağlamlığın pisləşməsinə səbəb ola bilər. Həkimlər bu günləri özünüzə qulluq etməyə, yağlı qidalardan, spirtli içkilərdən və tütündən uzaq durmağa, stresli vəziyyətlərdən qaçmağa, gərginləşməməyə, mümkünsə təmiz havada gəzməyə çağırır.
  •  (0)
  •  (1)