Yanğın söndü – Zavodda hər şey məhv oldu – FOTObackend

Yanğın söndü – Zavodda hər şey məhv oldu – FOTO

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülən operativ və təxirəsalınmaz tədbirlər sayəsində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın saat 08:24-də söndürülüb.

Bu barədə Hokm.az -a FHN-dən bildirilib.
Hazırda ərazidə konstruksiyaların söküntüsü və müvafiq tədbirlər görülür. Hadisə nəticəsində xəsarət alan olmayıb.
FHN-in və Baş Prokurorluğun müstəntiqlərindən ibarət yaradılan istintaq qrupu tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.
Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
  •  (0)
  •  (1)