“Mədəniyyət Nazirliyi Azərbaycanın Xalq artisti Yalçın Rzazadənin Fəxri Xiyabanda dəfn olunmasını layiq bilsə, atam orada torpağa tapşırılacaq”.
Bu barədə Xalq artistinin oğlu Mətin Rzazadə məlumat verib.
“Nazirlik onun Fəxri Xiyabanda dəfn olunmasını layiq bilməsə də, bir qərara gələcəyik.
Atamın anası, atası, qardaşı Lənkəranda dəfn olunub. Yəqin ki, yarım saat ərzində onun harada dəfn olunması dəqiq bilinəcək”, – o qeyd edib.
Qeyd edək ki, Y.Rzazadə fevralın 22-də vəfat edib.Oxu.az