Yalçın Rzazadə son mənzilinə yola salındı – Fotolarbackend

Yalçın Rzazadə son mənzilinə yola salındı – Fotolar

Xalq artisti Yalçın Rzazadə ilə vida mərasimi keçirilib. 

Hokm.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, tədbir Xalq artistinin Yasamal rayonu ərazisində yerləşən evində baş tutub.

Mərasimdə Xalq artistləri Gülyanaq Məmmədova, Teyyub Aslanov, əməkdar artist Mirnazim Əsədullayev və başqa mədəniyyət nümayəndələri iştirak edib.

Daha sonra Y.Rzazadənin nəşi torpağa tapşırılması üçün Lənkərana yola salınıb.

Qeyd edək ki, 74 yaşlı sənətkar ötən gün vəfat edib.

  •  (0)
  •  (0)