Yağmurlu hava nə vaxta qədər davam edəcək? – AÇIQLAMAbackend

Yağmurlu hava nə vaxta qədər davam edəcək? – AÇIQLAMA

Yağışlı hava şəraiti sabah günorta saatlarına qədər davam edəcək.

Hokm.az xəbər verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, yağıntılar gecə saatlarında da davam edəcək və mülayim şimal-şərq küləyi əsəcək.

“Sabah gündüz saatlarından yağmursuz hava şəraitinin müşahidə olunacağı gözlənilir. Dekabrın 15-i ölkə ərazisində hava şəraiti sabit keçəcək” – deyə G.Məmmədova bildirib.

  •  (0)
  •  (0)