Yağ alarkən aldanmayın:Keyfiyyətli yağı tanımağın yollarıbackend

Yağ alarkən aldanmayın:Keyfiyyətli yağı tanımağın yolları

“Kulinariyada duru yağlardan daha çox quyruq və kərə yağına üstünlük verirəm”.

Hokm.az Cebhe.info-ya istinadən xəbər verir ki, bunu açıqlamasında palma yağının istifadəsinə münasibət bildirən Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov deyib.

Həmsöhbətimiz vurğulayıb ki, duru yağları tez-tez dəyişdirilərək istifadə olunmalıdır:

“Bir çox ölkələrdə palma yağı istifadə olunur, ancaq o, bir neçə fraksiyadan ibarətdir. Hətta texniki palma yağı da var, əlbəttə ki, texniki yağı yeməkdə istifadə etmək olmaz. Onlar 40-54 dərəcədə əriyirlər. Digər tərəfdən palma yağının bəzi fraksiyaları dadı gücləndirmək üçün ərzaqlara vurulur. Amma bunların miqdarı həkimlər tərəfindən hesablanır. Belə ki, kolbasaya da nitrat vurulmasa, xarab olar. Bəzi maddələrin müəyyən qismini bədən özü təmizləyib çıxara bilir. Qalanı isə bədəndə yığılır. Dadı gücləndirici maddələr, o cümlədən də palma yağının bəzi fraksiyalarından bir ton yağa 100-300 qram vurulur. Bu isə bədəndən çıxarılacaq gücdədir”.

Tahir Əmiraslanov vurğulayıb ki, istənilən növ yağın tərkibi təmiz olmalıdır: “Kərə yağının əvəzinə tamamilə palma yağı verilsə, bu, artıq problemə çevrilə bilər. Yağ kərə yağıdırsa, tərkibi 100 faiz kərə yağı olmalıdır. Bir yağın tərkibinə başqa yağ qarışdırılmamalıdır. Bəzi istehsalçılar qəbul olunmuş normanı pozurlar, buna qarşı mübarizə aparmaq lazımdır. Əgər bitki yağı kimi palma yağının duru fraksiyasından istifadə olunursa, zərəri yoxdur, bütün Malayziya əhalisi qırılmayıb ki… Düzgün istifadə olunması vacibdir. Yağın keyfiyyətlisi və keyfiyyətsizi var. Hazırda mütəxəssis kimi yox, Tahir Əmiraslanov kimi soruşursunuzsa, palma yağını məsləhət görmürəm. Arzulayıram ki, Azərbaycanda insanlar normal duru, kərə və quyruq yağı yesinlər”.

  •  (0)
  •  (0)