Xoşqədəmin axtardığı Cəmilə görün hardan tapıldı – RƏSMİbackend

Xoşqədəmin axtardığı Cəmilə görün hardan tapıldı – RƏSMİ

Bir həftə əvvəl Abşeron rayonu, Xırdalan şəhərində yaşadığı evdən çıxaraq itkin düşən 30 yaşlı Cəmilə Əliyevanın yeri müəyyən olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Hokm.az-a verilən məlumata görə, C.Əliyevanın itkin düşməsi ilə bağlı yaxınlarının müraciəti əsasında araşdırma aparılıb.

Araşdırma nəticəsində məlum olub ki, Əliyeva Cəmilə Tehran qızı aprelin 1-də ölkə hüdudlarını tərk edərək Türkiyəyə gedib.

Qeyd edək ki, C.Əliyevanın bacısı Elnarə Arı “Xəzər” televiziyasında yayımlanan “Səni axtarıram” verilişinə müraciət etmişdi.

  •  (0)
  •  (0)