Xoşqədəm Hidayətqızı Xəzər TV-dən ayrıldı, verilişinin yayımı dayandırıldı – RƏSMİbackend

Xoşqədəm Hidayətqızı Xəzər TV-dən ayrıldı, verilişinin yayımı dayandırıldı – RƏSMİ

“Xəzər” televiziyasında yayımlanan “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızının kanaldan ayrılması haqda xəbərlər yayılıb.

Məlumata görə, aparıcının yeni sezonda başqa bir kanalda verilişi təqdim edəcəyi bildirilib. İddiaya görə, X.Hidayətqızının “Xəzər” rəhbərliyi ilə yaşadığı problemlər onu yeni kanal axtarışına vadar edib.

Hokm.az xəbər vetrir ki, azxeber.com mövzu ilə bağlı “Xəzər” televiziyası ilə əlaqə saxlayıb. Kanaldan verilən açıqlamada “Səni axtarıram” verilişinin yayımının planlaşdırılmadığı bildirilib:

“Hazırda yeni mövsüm üçün tamaşaçıların zövqünü oxşayacaq, bir-birindən maraqlı layihələrin hazırlıq işləri davam edir. Lakin bundan sonra “Xəzər TV”də “Səni axtarıram” verilişinin yayımı planlaşdırılmır”.

Məsələ ilə bağlı X.Hidayətqızı ilə də əlaqə saxlasaq da, aparıcı zənglərimizə cavab verəyib.

  •  (1)
  •  (0)