Xocavənddə sürücülər polisin “Saxla” əmrinə tabe olmadılarbackend

Xocavənddə sürücülər polisin “Saxla” əmrinə tabe olmadılar

Xocavənddə polisin “Saxla” əmrinə tabe olmayan sürücülər saxlanılıb.

Bu barədə Hokm.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Oktyabrın 2-də saat 4 radələrində işğaldan azad olunmuş Xocavənd rayonunun Böyük Tağlar kəndi ərazisində yerləşən nəzarət postunda İmişli rayon sakinləri Q.Talıbovun idarə etdiyi “Shacman” və R.Quliyevin idarə etdiyi “Hovo” markalı avtomobillərə “Saxla” işarəsi verilmiş, lakin sürücülər tabesizlik göstərərək hərəkəti davam etdirmişlər.
Görülmüş tədbirlərlə onlar saxlanılmışlar. Araşdırmalarla Q.Talıbovun sərnişini C.Məmmədovun və R.Quliyevin sərnişini N.Tapdıqovun işğaldan azad olunmuş ərazilərə keçmək üçün müvafiq icazələrinin olmaması müəyyən edilmişdir. “Shacman” markalı avtomobilin yük yerinə baxış zamanı oradan “Altay” markalı traktor, “Hovo” markalı avtomobilin yük yerinə baxış zamanı isə dəmir və əlvan metallar aşkar edilmişdir.

Onlar RPŞ-yə gətirilmiş və toplanmış materialla birgə rayon məhkəməsinə göndərilmişlər.

  •  (0)
  •  (0)