Xocalı faciəsində azərbaycanlıları təxliyə edən ukraynalı pilot vəfat etdibackend

Xocalı faciəsində azərbaycanlıları təxliyə edən ukraynalı pilot vəfat etdi

Xocalı soyqırımının ilk canlı şahidlərindən biri, soyqırımı barədə rəsmi Bakıya ilk xəbər verən, 2 gün sonra Çingiz Mustafayevi və hərbçiləri soyqırım ərazisinə aparan ukraynalı pilot Leonid Kravets vəfat edib.

Hokm.az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov “Facebook” səhifəsində paylaşım edib.

“Bir saat öncə çox ağır və üzücü xəbər aldım. Əziz dostum Leonid Kraveç uzun sürən xəstəlikdən sonra gözlərini əbədi olaraq yumdu. Xocalı qətliamının dəhşətlərinin Azərbaycan tərəfindən videolentə alınmasında, Xocalıdan mülki əhalinin təxliyə olunmasında müstəsna rolu olan qəhrəman pilot Leonid Kraveçin Qarabağ həqiqətlərinin dünyaya yayılmasında böyük rolu oldu və buna görə də biz hər zaman Leonid Markoviçə minnətdar olacağıq. Minlərlə insanın həyatını xilas edən QƏHRƏMAN, ruhun şad olsun!”, – deyə Hikmət Cavadov qeyd edib.

  •  (0)
  •  (0)