Xırdalanda sərnişin avtobus sürücüsünü döydü – ANBAAN VİDEObackend

Xırdalanda sərnişin avtobus sürücüsünü döydü – ANBAAN VİDEO

Abşeronda sərnişin avtobusunda insident baş verib.
Hokm.az-ın “Report”a istinadən verdiyi xəbərinə görə, hadisə bu gün rayonun Xırdalan şəhəri ərazisində 119 saylı marşrut xətti üzrə avtobusda qeydə alınıb.

Belə ki, sürücü 10 TG 080 dövlət qeydiyyat nişanlı avtobusa arxa qapıdan daxil olan sərnişinə marşrut xəttinin kart sistemi ilə fəaliyyət göstərdiyini və ön qapıdan daxil olaraq ödəniş etməsini bildirib.
Bunu qəbul etməyən sərnişin sürücüyə hücum edib, ona yumruqla zərbə endirərək bədən xəsarətləri yetirib.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə məlumat verilib.
Araşdırma aparılır.
  •  (1)
  •  (0)