Xırdalanda partlayış olub, dağıntılar altından 2 nəfər çıxarılıb – VİDEObackend

Xırdalanda partlayış olub, dağıntılar altından 2 nəfər çıxarılıb – VİDEO

Abşeron rayonunda evdə partlayış baş verib.

Hokm.az-ın Fövqəladə Hallar Nazirliyindən (FHN) əldə etdiyi məlumata görə, hadisə rayonun Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən fərdi yaşayış evində qeydə alınıb.

Partlayışın təsirindən yaxınlıqdakı evlərə zərər dəyib. Belə ki, evlərin pəncərələrinin şüşələri qırılıb.

Partlayışdan sonra yanğın başlayıb.

1 qadın və 1 uşaq dağıntılar altından çıxarılıb.

Dağıntılar altında hələ də insanların olduğu ehtimal edilir. Bu istiqamətdə xilasedicilər tədbirlərini davam etdirir.

  •  (0)
  •  (0)