Xırdalanda GÜCLÜ PARTLAYIŞ: Dağıntılar altından 6 nəfər çıxarıldı – FOTO/VİDEObackend

Xırdalanda GÜCLÜ PARTLAYIŞ: Dağıntılar altından 6 nəfər çıxarıldı – FOTO/VİDEO

 

 

25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə uçqunla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Hokm.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, dərhal əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib, partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb.

FHN-in əməkdaşları tərəfindən operativ olaraq biri uşaq olmaqla altı nəfər xilas edilərək müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Dağıntı altında qalan şəxs və ya şəxslərin olması ehtimalı nəzərə alınaraq axtarış-xilasetmə əməliyyatı davam edir.

Əlavə məlumat veriləcək.

  •  (0)
  •  (0)