Türkiyənin Aydın rayonunda xına gecəsi təşkil etdikdən sonra cüma günü baş tutacaq toyları üçün Bursaya qayıdan nişanlı cütlük qəzaya düşüblər.
Hokm.az milli.az-a istinadən xəbər verir ki, 32 yaşlı Mutlu Varol adlı bəy hadisə yerində ölərkən, 25 yaşlı gəlin Seren Taşdemirin vəziyyətinin ağır olduğu deyilir.
TIR-la toqquşan maşındakı digər 3 yaralı sərnişin də yaxınlıqdakı fərqli xəstəxanalara çatdırılıblar.


















