XİN Paşinyana Hüseyn Cavidin şeiri ilə cavab verdibackend

XİN Paşinyana Hüseyn Cavidin şeiri ilə cavab verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə parlamentində söylədiklərinə cavab verib.
Nazirliyin Mətbuat xidməti idarəsindən Hokm.az-a bildirilib ki, aprelin 14-də Ermənistan parlamentində çıxış edən N.Paşinyan növbəti sərsəmləmələri ilə diqqət çəkməyə çalışıb.
“Nikol Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil.
Ağır məğlubiyyətdən nəticə çıxarmayan baş nazir Paşinyana elə onun istinad etdiyi şeir dili ilə izah etmək istərdik. Hüseyn Cavidin dediyi kimi:
“Yurdumuzu çiynəyən
Sayğısız hər kim olsa.
İnan ki, çox sürmədən,
Diz çökəcək qarşıda”, – Azərbaycan XİN-dən bildirilib.
  •  (0)
  •  (0)