XİN: Azərbaycan səfiri Əfqanıstana getməyibbackend

XİN: Azərbaycan səfiri Əfqanıstana getməyib

Məlum olduğu kimi, Azərbaycan Prezidentinin 28 iyul 2021-cu il tarixli Sərəncamı ilə İlham Məmmədov ölkəmizin Əfqanıstan İslam Respublikasındakı səfiri təyin olunub.

Azərbaycan XİN-dən Hokm.az-a verilən məlumata görə, təyinatından sonra səfir hələ ki, Əfqanıstana getməyib:

“Əfqanıstandakı azərbaycanlı vətəndaşlara gəldikdə, hazırda bu ölkədə mülki azərbaycanlı yoxdur. Sülhməramlılarımız isə öz fəaliyyətini davam etdirir”.

  •  (0)
  •  (0)