“Xiaomi” işlədənlərin NƏZƏRİNƏbackend

“Xiaomi” işlədənlərin NƏZƏRİNƏ

Çin bazarı üçün buraxılan “Xiaomi” smartfonlarında artıq “Google” xidmətləri və tətbiqləri dəstəklənmir.

Bu barədə “Gizmochina” xəbər yayıb.

“Xiaomi”dən bildirilib ki, şirkət tələblərə uyğunsuzluq səbəbi ilə artıq istifadəçilərə “Google Mobil Services”i smartfonlara quraşdırmağa və ya yükləməyə icazə vermir.

Dəyişikliyin tətbiq olunduğu modellərin siyahısı açıqlanmayıb.

O da vurğulanır ki, “Xiaomi” smartfonlarının qlobal versiyalarında “Google” xidmətləri işləməyə davam edir.

Xatırladaq ki, “Xiaomi” yanvar ayında amerikalı investorlar üçün “qara siyahıya” salınıb.

  •  (0)
  •  (0)