Xəzər rayonunda sakinlər narazıdır: “Qazımız çox zəifdir, xəstə insanlarımıza zülmlə baxırıq”backend

Xəzər rayonunda sakinlər narazıdır: “Qazımız çox zəifdir, xəstə insanlarımıza zülmlə baxırıq”

Xəzər rayon Binə südçülük savxozu (İmam Həsən adına) Məscid küçəsi, 2 km içəridə yaşayan sakinlər qazın təzyiqinin zəif olması ilə bağlı şikayətçidir.

Hokm.az xəbər verir ki, mediabaku.az-ın redaksiyasına müraciət edən şikayətçilər bildiriblər ki, onların şikayətlərinə baxılmır.

Onlar ilk öncə Baş qaz idarəsinə müraciət ediblər. Səbahət xanımın qəbulu olub. Onlara tezliklə problemlərinin həll olunacağı söylənilib. Daha sonra isə Mərdakan qaz idarəsində Ramin bəyin qəbulunda olublar. Yenə də problemlərinin tezliklə həll olunacağı söylənilsə də, üstündən 2 il keçib və hələ heç bir xəbər çıxmayıb. Suraxanı İcra Hakimiyyəti tərəfindən əlavə xətt çəkilərək istifadəyə verilib. Lakin əksinə, qazın təzyiqi daha aşağı olub. Sakinlərin söylədiyinə görə, təzyiq sadəcə axşam və səhər saatlarında normal olur. Digər saatlarda isə çox az olur.

Binə qəsəbə sakinləri: “Biz ölkə başçımıza güvənirik, onun arxasındayıq. Dövlət başçımız buyurur ki, məmur xalqın xidmətçisidir. Bizlər bu pandemiyada evdə xəstə insanlarımıza zülmlə baxırıq. Çox xahiş edirik ki, bizim problem tezliklə həllini tapsın”, -deyə qeyd ediblər.

Əlaqə üçün: Hüseynov Cəmil 070 858 04 07, Quliyev Elşad (qazi) 051 509 90 96.

Məhlənin 26 nəfər sakini adından şikayət.

1.İsayev Nicat

2.Əliyev Arzu

3.Hüseynov Cəmil

4.Məcidov Simran

5.Paşayev Mədət

6. Paşayev Kamil

7.İmaməliyev Emin

8.Paşayev Nüsrət

9.Quliyev Misir

10.Quliyev Elşad(Qazi)

11.Abdullayev Mehman

12.Əkbərov Oktay

13.Şərifov Arzuman

14.Əliyev Nemət

15.Nurullayev Cəsarət

16.Babayev Kazım

17.Sadıqov Ədil

18.Rüstəmov Zəka

19.Rüstəmov İdeal

20.Rüstəmov Coşqun

21.Rüstəmov Raqib

22.Baxşıyev Əfqan

23.Quliyev Elşad(Qazi)

24.Hüseynov Cəmil

25.Əmiraslanov Adəm

26.Əmiraslanov Əli

  •  (0)
  •  (0)