“Xəzər dənizinin suyunun temperaturu artıb” – RƏSMİbackend

“Xəzər dənizinin suyunun temperaturu artıb” – RƏSMİ

“Son 15 ildə Xəzər dənizinin suyunun temperaturu 1,2 dərəcə artıb. Eyni zamanda, dalğanın maksimal hündürlüyündə də artım müşahidə olunur”.

Hokm.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, Xəzərin qapalı hövzə olduğuna görə səviyyəsində periodik dəyişmələr müşahidə olunur:

“Səviyyənin minimum və maksimum göstəriciləri -20 və -34 metr olub. Səviyyənin tərəddüdünə müxtəlif amillər təsir edir ki, burada əsas yeri iqlim dəyişmələri tutur. Xəzər dənizinin səviyyəsi haqqında uzunmüddətli proqnozlar vermək mümkün deyil. Verilən proqnozlar çoxsaylı ssenarilərin biri kimi qiymətləndirilir”.Oxu.Az

  •  (0)
  •  (0)