Xəyalə Həsənovanın “FərqindəSƏN?” adlı seminarı baş tutdu – FOTOLARbackend

Xəyalə Həsənovanın “FərqindəSƏN?” adlı seminarı baş tutdu - FOTOLAR

Oktyabrın 15-də “Baku Marriott Hotel Boulevard”da tanınmış jurnalist-təşkilatçı Xəyal Abdullayevin təşkilatçılığı ilə İnternational Coaching Federation tərəfindən sertifaklaşdırılmış Yaşam Koçu (Life Coach) Xəyalə Həsənovanın “FərqindəSƏN?” adlı seminarı keçirilib.

Tədbirdə Cəmiyyətimizin ümumi və əsas məsələlərindən olan; Daxili potensialın aşkarlanması, “Özünüz”ü Sizə tanıtma, fərqindəlik (Aynalama metodu) Hədəflərin vizuallaşdırılması, “Yaşam Çarxı”metodunun həyatınıza tətbiqi Özgüvən və özsevginin bərpası, Həyat motivasiyasının daimi saxlanılması, Alma-vermə balansının qorunması, Xəstəliklərimizin psixoloji səbəblərinin aşkarlanması, Problemin həllinə fokuslanma, Empatiya hissinin doğru yönləndirilməsi və “Şəxsi SWOT” analizinin (metod) və digər mövzular müzakirə olunub.

Həmçinin ümumi olaraq NLP və Kvant fizikizasının (Kuantum) hədəfimizə çatmaqdakı önəmindən danışılıb.

Qonaq qismində bir çox tanınmış şəxslər iştirak edib.

Tədbir iki hissədən ibarət olub. İlk hissədən sonra qonaqlar furşetə yollanıb. Furşetdən sonra ikinci hissə davam edib.

Sponsorlar “Moon Group”, “Kanatis” MMC, “Smart Control” şirkətləridir.

İnformasiya dəstəyi Big.az, Yenicag.az, Sonxeber.az, Hit.az, Dogru.az, Citynews.az, Alp.az, Ucnoqta.az, Milliyol.az, Hokm.az, MediaBaku.az, İctimai.az, Cari.az və Maqazinnews.az saytlarıdır.

Sonda qonaqlar fikir bildirib və seminarı bəyəndiklərini ifadə ediblər.

  •  (7)
  •  (1)