Xərçəngə yoluxan xalq artisti tanınmaz dərəcədə dəyişib – FOTObackend

Xərçəngə yoluxan xalq artisti tanınmaz dərəcədə dəyişib – FOTO

Xalq artisti Ramiz Novruz artıq çəki itirməsi ilə diqqət çəkib.

Hokm.az  olay-a istinadən xəbər verir ki, məşhur aktyorun son halını vizajist qızı Şəfəq Novruz instaqram hesabında paylaşıb. O, atasını ad günü münasibətilə təbrik edib və səhhətinin yaxşı olduğunu qeyd edib:

“Fəxrim, atam, sənətkarımız, bir az arıqlamısan, amma əsas odur ki, canın sağdı, yanımızdasan, nəfəsin gəlir. Bu bizim üçün böyük bir varlıqdır”.

Qeyd edək ki, Xalq artistinin mədə xərçəngindən əziyyət çəkməsi barədə xəbərlər yayılmışdı.

  •  (0)
  •  (1)