XƏBƏRDARLIQ: koronavirus hər il gələcəkbackend

XƏBƏRDARLIQ: koronavirus hər il gələcək

Koronavirus hər il ortaya çıxa bilər.

Hokm.az xəbər verir ki, bunu Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) sədri Anna Popova Ombudsmanlar Şurasında deyib.

Onun sözlərinə görə, COVID-19 qış ortası və qripin gəlişinə qədər aktiv olacaq və hər il həyatımıza daxil olacaq: “Böyük ehtimalla, hər il ortaya çıxacaq və hər qış dövründə aktiv olacaq. Ümid edirik ki, daha sonra yerini qripə verəcək. Yaza qədər harasa gedəcəyini demək hələ ki mümkünsüzdür”.

Qeyd edək ki, Rusiyada gündəlik yoluxma sayı 24 min 300-ə çatıb, 491 nəfər ölüb. 23 min 200 nəfər xəstəlikdən sağalıb.Publika.az

  •  (0)
  •  (0)