XƏBƏRDARLIQ EDİLDİ: Regionda dəhşətli zəlzələ gözlənilirbackend

XƏBƏRDARLIQ EDİLDİ: Regionda dəhşətli zəlzələ gözlənilir

Türkiyəli professor çoxlarının narahatlığına səbəb olacaq açıqlamanı edib.

Hokm.az Metbuat.az-a istinadən xəbər verir ki, bu gün Türkiyənin Bingöl rayonunda 4 bal gücündə zəlzələ ilə baş verib.Yerin 7.3 kilometr dərinliyində qeydə alınan zəlzələnin gücünü, Kandilli rəsədxanası rixter şkalası üzrə 4.2 bal olaraq qiymətləndirib.

Bu zəlzələdən sonra professor Naci Görür, sosial media hesabında əhalinin təşvişinə səbəb olacaq açıqlama verib.

Professor deyib ki, İstanbulda qısa müddət sonra 7 bal gücündə zəlzələ baş verə bilər. Sonuncu dəfə belə bir zəlzələ 1866 cı ildə baş vermişdi.Həmin vaxt zəlzələnin gücü rixter şkalası üzrə 7.2 bal idi.

  •  (0)
  •  (1)