Xarkov metrosunun fəaliyyəti bərpa olundubackend

Xarkov metrosunun fəaliyyəti bərpa olundu

Xarkov metrosu aylarla sığınacaq kimi istifadə olunduqdan sonra fəaliyyətini bərpa edib.

Hokm.az xəbər verir ki, bu barədə Xarkovun meri İqor Terexov “Telegram”da bildirib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya hücumundan düz üç ay sonra metro bu gün səhər 07:00-dan işə salınıb: “Son 89 gündə ilk dəfə olaraq Xarkov metrosunun qatarları hərəkətə başlayacaq. Metronun fəaliyyətini bərpa etdiyi ilk günlər qatarlar yarım saatlıq fasilələrlə hərəkət edəcək. Tədricən, sərnişinlərin sayının artması ilə interval azalacaq. Eyni zamanda, biz yerüstü nəqliyyatın logistikasını elə dəyişəcəyik ki, Xarkov sakinlərinin şəhər ətrafında hərəkəti rahat olsun”.

Mer qeyd edib ki, ilk həftə metrodan istifadə pulsuz olacaq.

  •  (0)
  •  (0)