Xarici KİV-lər Fərid Şahbazlının Ermənistanın terror siyasəti ilə bağlı məqaləsini dərc edib – FOTObackend

Xarici KİV-lər Fərid Şahbazlının Ermənistanın terror siyasəti ilə bağlı məqaləsini dərc edib – FOTO

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, Dağlıq Qarabağdakı son vəziyyət və düşmənin törətdiyi təxribatlar dünya mediasının ciddi diqqət mərkəzindədir. Xarici ölkələrin müxtəlif KİV-ləri cəbhə xəttindəki gərginlik və Ermənistanın terror siyasətini müzakirə edir.

Səudiyyə Ərəbistanın “Saudia Journal”, Əfqanıstanın “Afganistan Times”, Banqladeşin “Daily Manabzamin” qəzetləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri(İGİB), jurnalist Fərid Şahbazlının Dağlıq Qarabağdakı mövcud durum, Ermənistanın cəbhə xəttindəki təxribatları və mülki şəxslərə qarşı həyata keçirdiyi terror siyasəti ilə bağlı məqaləsini dərc edib.

Məqalədə qeyd olunub ki, Ermənistan uzun müddətdir Azərbaycan torpaqlarında davamlı təxribatlar törədir. Onun sözlərinə görə, hadisələrin pik həddi 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin hərbi mövqelərimizi və ən dəhşətlisi, yaşayış məntəqələrimizi və dinc sakinlərimizi qəsdən və məqsədyönlü şəkildə ağır artilleriya qurğularından atəşə tutmağa başlaması olub. Hücum nəticəsində bu günlər ərzində təkcə hərbçilərimiz deyil, eyni zamanda dinc sakinlər həlak olub, şəxs yaralanıb.

O qeyd edib ki, daha sonra ölkəmiz Ermənistanı sülhə məcbur etmək məqsədilə əks-hücum əməliyyatlarına başlayıb.

İGİB sədri qeyd edib ki, ordumuzun uğurlu əks-hücumunu görən Ermənistan tərəfi beynəlxalq hüquq normaları ilə istifadə olunması qadağan edilmiş kasset bombaları ilə dinc şəhər və kəndləri güclü atəşə tutmaqdadır: “Ermənistan ərazisindən endirilən bu zərbələr ölkəmizi cavab zərbəsinə təhrik edərək üçüncü ölkələri hərbi əməliyyatlara cəlb etmək məqsədi daşıyır”.

F.Şahbazlı yazısında vurğulayıb ki, Moskvada tərəflər arasında humanitar əsaslarla atəşkəs əldə olunmasına baxmayaraq, Ermənistan Azərbaycanın Gəncə şəhərinə raketlərlə hücum təşkil edərək, mülki şəxslərə qarşı terror həyata keçirib. Nəticədə 10 nəfər həyatını itirib, çox sayda yaralanan var.
O bildirib ki, Ermənistanın bu siyasəti bir insanlıq cinayətidir.

Şahbazlı məqaləsində dünya ictimaiyyətini Ermənistanın terror və işğalçılıq siyasətinə qiymət verməyə çağırıb.

 

  •  (0)
  •  (1)