Xarici İşlər Nazirliyinə işə qəbulla bağlı müsabiqə elan edilibbackend

Xarici İşlər Nazirliyinə işə qəbulla bağlı müsabiqə elan edilib

Nazir müavini: “Bu proses davamlı şəkildə həyata keçiriləcək”

Xarici İşlər Nazirliyində işə qəbulun şəffaflaşdırılması, hər kəsə əlçatanlığını təmin etmək üçün işlərin icrasına başlanılıb. Nazirlikdə bununla bağlı komissiya yaradıləb. Daxili müsabiqə komissiyası tərəfindən ümumilikdə 102 nəfər Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə ezam olunub.

Hokm.az  xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov diplomatik xidmətə qəbul olunma ilə bağlı nazirlikdə keçirilən brifinqdə deyib.

“Bu proses davamlı şəkildə həyata keçiriləcək. Hazırda Xarici işlər Nazirliyinə sistemdən kənar şəxslərin işə qəbulu üçün ən mühüm meyarlar müəyyən edilib. Müsabiqə qaydaları və müsabiqə proqramı hazırlanıb. Namizədlərə dair əsas tələblər sırasına ali təhsil və üzərinə qoyulmuş vəzifələrin öhfəsindən uğurla gələ bilmək qabiliyyəti kimi meyarlar daxildir. İşə qəbul iki mərhələdən ibarət olacaq – imtahan və müsahibə. Hər iki mərhələdən keçmiş namizədlər sınaq müddətindən sonra nazirlikdə işə qəbul ounacaqlar”, – deyə nazir müavini qeyd edib.

  •  (2)
  •  (0)