Xankəndiyə azərbaycanlıların köçürülməsinə nə vaxt başlanılacaq? – Açıqlamabackend

Xankəndiyə azərbaycanlıların köçürülməsinə nə vaxt başlanılacaq? – Açıqlama

rtıq ərazilərin minalardan təmizlənməsi və işğaldan azad olunan ərazilərdə infrastruktur və tikinti işlərinin aparılması tezliklə keçmiş məcburi köçkünlərin azad olunan rayonlara köçürülməsi məsələsini aktuallaşdırıb. Sirr deyil ki, Qarabağda xidmət aparan Rusiya sülhməramlıları Xankəndi şəhərinə minlərlə erməni ailəsi köçürüb, yaxud köçürülməsinə vasitəçilik edib. Azərbaycanlı ailələrin isə Qarabağa köçürülməsi məsələsi 10 noyabr sazişinə görə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında həyata keçiriləcək.

Hər kəsi isə bir sual düşündürür, Xankəndi şəhərinə azərbaycanlıların köçürülməsinə nə zaman başlanılacaq? BMT üzərinə düşən missiyanı qeyd-şərtsiz yerinə yetirəcəkmi?

Məsələ ilə bağlı Correct.az-a danışan STM Mətbuat Xidməti rəhbərinin müavini, politoloq Tural İsmayılov bildirib ki, Xankəndi məsələsində tələsik şərhlər və gümanlar qətiyyən yolverilməzdir:

“Hazırda 10 noyabr razılaşması ilə bağlı bir xeyli işlər görülməlidir. Ermənistan tərəfí qəsdli şəkildə minalanmış ərazilərin xəritələrini təqdim etmir. Beynəlxalq birlik tərəfindən də adekvat reaksiya görülmür. Bildiyiniz kimi, ərazilərin uzun müddətli minalardan təmizlənməsi məskunlaşmanın da gec həyata keçməsinə səbəb ola bilər. O baxımdan düşünürəm ki, ilk mərhələdə görüləsi işlər qabaqdadır. Sonrakı mərhələdə isə Xankəndi və sülhməramlılar olan digər ərazilərdəki yaşam məsələləri reallaşacaq. Cənab Prezident nəyi nə zaman etmək lazım olduğunu hamıdan yaxşı bilir. Bu baxımdan Xankəndi məsələsində də tələsik şərhlər və gümanlar qətiyyən yolverilməzdir. Yaxın bir il ərzində planlanan ilkin addımlar atılacaq. BMT missiyası ilə bağlı isə indidən nəsə söyləmək çətindir, çünki münaqişə dövründə beynəlxalq təşkilatlar real praktiki addımlar atmırdı”.

  •  (0)
  •  (0)