Xankəndi, Xocalı və Xocavənddə AZƏRBAYCAN BAYRAĞI – ARAYİK QAÇIR…backend

Xankəndi, Xocalı və Xocavənddə AZƏRBAYCAN BAYRAĞI – ARAYİK QAÇIR…

“Azərbaycanın digər şəhər və rayonlarında qanun və qaydalar necədirsə, işğaldan azad edilən ərazilərdə də eyni olacaq. Buna heç kimin şübhəsi olmasın. Bu məsələdə Azərbaycanın mövqeyi dəyişməzdir”.

Bu sözləri redaktor.az-a millət vəkili Vüqar İsgəndərov deyib. O bildirib ki, Xankəndi, Xocavənd və Xocalı da daxil olmaqla bütün işğaldan azad olunan ərazilərdə Azərbaycan bayrağı dalğalanacaq:

“Azərbaycan 44 günlük vətən müharibəsində şanlı qələbə qazandı və bu, bizim qürur mənbəyimizdir. Artıq torpaqlarımız bütövdür, sərhədlərimiz bərpa olunub. Bundan sonra azad olunan ərazilərdə quruculuq işləyir başlayır. Bu günə qədər qondarma, terrorçu rejim torpaqlarımızı, şəhərlərimizi viran qoymuşdu. Həmin qondarma qurumu Ermənistanın özü də daxil olmaqla, heç bir ölkə tanımayıb. Artıq həmin torpaqlardan qondarma rejimə məxsus bütün atributlar yığışılıb zibil qutusuna atılır. Bu, belə də olmalı idi. Çünki Azərbaycan öz torpaqlarında idarəçiliyini bərpa edib. Qondarma rjimin orada heç bir hüquqi hökmü qalmayıb. Bu, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış bəyanatda da öz əksini tapıb”.

Qeyd edək ki, separatçıların rəhbəri Arayik Arutunyanın Qarabağdan qaçmağa hazırlaşması ilə bağlı xəbərlər yayılıb. Buna səbəb isə onun illərdir işğal altındakı torpaqlarımızda qurduğu biznesin çökməsidir. Belə ki,vaxtilə o, Xankəndidəki “Nairi” univermağının, Xocavənddə şərab zavodunun sahibi olduğunu təsdiqləmişdi. İndi onun “Nairi” univermağı dağılıb, şərab zavoduna isə binoklla da baxa bilmir. Qarabağda ona məxsus şirkətlərdə və torpaq sahələrində 2 minə qədər insanın çalışdığı təxmin olunurdu.

  •  (3)
  •  (0)