Xalq artistindən kövrək notlar – Mənim ən yaxın və əziz insanım getdibackend

Xalq artistindən kövrək notlar – Mənim ən yaxın və əziz insanım getdi

Xəbər verdiyimiz kimi, Xalq artisti Təranə Muradovanın həyat yoldaşı dünyasını dəyişib.

Hokm.az axşam.az-a istinadən xəbər verir ki,  Bakı Xoreoqrafiya Akademiyasının prorektoru həyat yoldaşı Ramiz Cəlilovla bağlı paylaşım edib.

“Bu gün mənim ən yaxın və əziz insanım getdi – Ramizim… Ruhumun, ürəyimin yarısını əbədi olaraq özü ilə götürərək əbədiyyətə getdi. Ramiz, mənim sevimlim və əzizim! Sən sadəcə mənim ərim deyildin. Mənim ən sadiq dostum, məsləhətçim və yoldaşım idin. Səninlə uzun və çətin bir yol keçdik. Ancaq hər zaman mənim etibarlı qorumam və güclü dayağım olmusan. Həmişə güclü, ağıllı, maraqlı olmusan. Mənə o qədər sevgi, xoşbəxtlik və sevinc bəxş etdin ki, hər zaman yanımda olduğunu bilə-bilə bütün çətinliklərin öhdəsindən gəldim. Mənim itkim nə qədər çətin olsa da, bilirəm ki, sən həmişə yanımda olacaqsan və məni hər şeydən xilas edəcəksən, çünki indi sən mənim qoruyucu mələyimsən” deyə, T.Muradova paylaşımına qeyd edib.

  •  (1)
  •  (0)