Xalq artisti: “Pis olmasa, yaxşının qədri bilinməyəcək”backend

Xalq artisti: “Pis olmasa, yaxşının qədri bilinməyəcək”

“Təbii ki, bayağı deyilən musiqilər də var. Yaxşı musiqilərlə bərabər onlar da olacaq. Amma pis olmasa, yaxşının qədri bilinməyəcək. Amma istəmirəm bu gün xoşagəlməz şeylərdən danışım. Musiqimizin bayramıdır, gəlin, musiqimizin gözəlliyindən, uğurlarından danışaq, pislərdən yox”.

Bunu Milli Musiqi Günündə yenicag.az-a açıqlamasında  xalq artisti, tanınmış bəstəkar Eldar Mansurov musiqimizin indiki vəziyyətini dəyərləndirərkən deyib.

Bəstəkar Azərbaycan musiqisində hər zaman böyük bəstəkar və ifaçıların olduğunu və olacağını bildirib:

“Azərbaycan musiqisində böyük bəstəkarlarımız, ifaçılarımız olub. Hansı ki, onlar bütün dünyada tanınıb. Keçmişdə olub, bu gün var, sabah da olacaq. Həmişə onlarla fəxr etmişik. Azərbaycan musiqisi həmişə yüksəklikdə olacaq. Son vaxtlar Azərbaycanda gözəl ifaçılar yaranıb; istər xalq, istərsə də estrada musiqimizdə. Onlar Azərbaycan musiqisini həm ölkəmizdə, həm də xarici dövlətlərdə həmişə yüksək səviyyədə təbliğ və təmsil edəcəklər. Necə ki, indi tərənnüm edirlər”.

  •  (0)
  •  (0)