Xalq artisti canlı efirdə Zaur Kamalı BİABIR ETDİbackend

Xalq artisti canlı efirdə Zaur Kamalı BİABIR ETDİ

Tanınmış xanəndə, xalq artisti Simarə İmanova aparıcı Zaur Kamalı onun öz verilişində tənqid edib.

“Ölkə.Az” xəbər verir ki, xalq artisti Z.Kamalın “Simarə xanım bizdən küskündür ki, bizi niyə efirə gec çağırırsan” replikasını belə cavablayıb:

“Məndən xarici səfərlərdə olub-olmadığımı soruşdun. Mən elə ifaçılardan deyiləm ki, efirə çıxmaq üçün telekanallara zəng vurum. Allaha şükür, hər şey göz önündədir. Necə deyərlər, uman yerdən küsərlər. Mən də səndən küsmüşəm”.

Qeyd edək ki, S.İmanova iradı Z.Kamala onun aparıcısı olduğu “5-də 5” verilişində bildirib.

Hokm.az

  •  (0)
  •  (0)