Xalq artisti Arif Babayevin vəziyyəti necədir?backend

Xalq artisti Arif Babayevin vəziyyəti necədir?

Səhhətində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilən Azərbaycanın məşhur xanəndəsi, Xalq artisti Arif Babayevin vəziyyəti yaxşılaşıb.

Bu barədə “Report”a xanəndənin yaxınları məlumat veriblər.

Bildirilib ki, hazırda Mərkəzi Klinik Xəstəxanada sinir sistemi ilə əlaqədar müalicə alan 83 yaşlı Xalq artistinin səhhətindəki problemlər tərdicən aradan qaldırılır: “Müalicəsi davam edir. Həkimlər deyir ki, bir neçə günə xəstəxanadan evə buraxılacaq”.

  •  (0)
  •  (0)