Xaçmaz Rayon İcra Hakimiyyətində yeni təyinat olub.
Hokm.az report-a istinadən xəbər verir ki, Turan Məmmədzadə icra başçısının köməkçisi təyin edilib.
Qeyd edək ki, T.Məmmədzadə 1994-cü ildə Gəncə şəhərində anadan olub.
Xatırladaq ki, 39 yaşlı Elnur Şahbaz oğlu Rzayev Prezident İlham Əliyevin imzaladığı sərəncamla Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

















