Xaçmazda qanunsuz fəaliyyət göstərən tədris mərkəzi aşkarlandı – FOTObackend

Xaçmazda qanunsuz fəaliyyət göstərən tədris mərkəzi aşkarlandı – FOTO

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl tədris mərkəzi aşkarlayıblar.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Hokm.az-a verilən məlumata görə, vətəndaş Elmar Səfiyevin icarə əsasında işlətdiyi tədris mərkəzinin fəaliyyəti dayandırılıb.

Mərkəzdəki yeniyetmələr ailələrinə təhvil verilərək valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib.
E.Səfiyev və mərkəzin digər əməkdaşları barədə qanunamüvafiq tədbir görülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
  •  (0)
  •  (1)