Xaçmazda avtomobillər toqquşdu – Qadın xəsarət aldıbackend

Xaçmazda avtomobillər toqquşdu – Qadın xəsarət aldı

Xaçmaz rayonunda yol qəzası olub.

Hokm.az xəbər verir ki, hadisə Şabran-Xaçmaz yolunun Çarxı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, həmin ərazidə iki avtomobil toqquşub. Nəticədə Şabran şəhərində yaşayan, 1990-cı il təvəllüdlü Səccarə Akif qızı Balabəyova xəsarət alıb.

Yaralı Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda ona ilkin tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.report

  •  (1)
  •  (0)