Xaçaturyan bacıları məhkəmə qarşısına çıxarılırbackend

Xaçaturyan bacıları məhkəmə qarşısına çıxarılır

Onları 20 il həbs gözləyir, 200 min insan isə onların azadlığa buraxılması üçün imza atıb

Hokm.az musavat.com-a istinadən bildirir ki, 27 iyul 2018-ci ildə üç bacı Moskvadakı Altufevskoye Şosedəki mənzildə atasını öldürdü. 57 yaşlı Mixail Xaçaturyanın qətlində ittiham olunan qızları (Kristina, Angelina və Mariya) bəyan ediblər ki, onlar sistematik şəkildə ataları tərəfindən döyülüblər, eyni zamanda ataları onları cinsi zorakılığa məruz qoyub. Məhz buna görə qızlar atalarını aradan götürmək qərarına gəliblər. Mətbəx bıçağı və çəkiclə silahlanan qızlar atalarını xüsusi amansızlıqla öldürüblər.

Qızlar Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “g” bəndinə (bir qrup şəxs tərəfindən əvvəlcədən planlaşdırımış qətl) əsasən ittiham olunurlar.

Xaçaturyan bacılarının törətdiyi bu cinayət bütün dünyaya səs salıb. Qərb mətbuatı da bu hadisəyə xüsusi diqqət ayırıb. Bu gün isə bu hadisə ilə bağlı Almaniyanın “focus.de” saytı xəbər yayıb. Məlumatda deyilir ki, cinayət işinin istintaqı yekunlaşmaq üzrədir. Bu işə yaxın günlərdə məhkəmədə baxılacaq. Xaçaturyan bacıları 20 il müddətinə azadlıqdan məhrum edilə bilər. Ancaq Rusiyada insanlar Xaçaturyan bacılarının müdafiəsinə qalxıblar. Belə ki, bacıların azadlığa buraxılması üçün 200 min imza toplanıb.

  •  (2)
  •  (0)