Amerikalı texnologiya nəhəngi “WhatsApp” şifrələmə sistemini açıqladıqdan sonra təhlükəsizlik mövzusunda yenidən hərəkətə keçib. Yeni xüsusiyyətini açıqlayan “WhatsApp”, artıq heç kimin söhbətlərinə daxil ola bilməyəcəyini bildirib.
Hokm.az lent.az-a istinadən məlumat verir ki, “WhatsApp”, “Google” istifadəçilərinin “Drive”a və “Apple” istifadəçilərinin “iCloud”a yüklədikləri hər hansı söhbətin, proqramın özü də daxil olmaqla, heç kim üçün əlçatan olmayacağını açıqlayıb.