“WhatsApp” bu telefonlarda işləməyəcəkbackend

“WhatsApp” bu telefonlarda işləməyəcək

Məşhur mesajlaşma tətbiqi “WhatsApp” “iPhone”un köhnə versiyalarına xidməti dayandıracaq.

Hokm.az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə “WABetaInfo” məlumat yayıb.

Bildirilir ki, “WhatsApp”ın təzə beta versiyasında iOS 9 və daha aşağı səviyyədə çalışan cihazlar üçün dəstək dayandırılıb.

Qeyd edək ki, “WhatsApp” tərəfindən mobil qurğularla bağlı son qərar 2020-ci ilin fevralında verilib. Həmin qərarla “WhatsApp” Android 2.3.7 versiyasında işləyən smartfonlara xidməti dayandırmışdı. Bununla yanaşı, iOS 8 və daha köhnə versiyalarda da artıq 1 ildir ki, “WhatsApp” işləmir.

  •  (0)
  •  (0)