“WhatsApp”a elə funksiya gəlir ki… – “Bax, amma, sil” deməyə gərək qalmayacaq…backend

“WhatsApp”a elə funksiya gəlir ki… – “Bax, amma, sil” deməyə gərək qalmayacaq…

“WhatsApp” messencerində yeni funksiya işə salınır.

Hokm.az Trend-ə istinadən xəbər verir ki, bu barədə messencerin sahibi olan “Facebook” şirkətindən bildiriblər.

Yeni funksiyaya əsasən, messencerdə göndərilən foto və videolar bir dəfə baxıldıqdan sonra yazışmadan avtomatik silinəcək.

İstifadəçinin göndərdiyi foto və ya video fayl digər istifadəçi tərəfindən baxıldıqdan sonra onun yerində “Baxıldı” yazısı peyda olacaq. Bunun üçün “Bir dəfə baxmaq” (“View once”) funksiyasını işə salmaq kifayət edəcək.

 

Bu funksiyanın yaxın günlərdə hər kəs üçün işə salınacağı bildirilir.

  •  (1)
  •  (0)