Vyetnamda torpaq sürüşməsi: Yeddi nəfər öldü, 46 nəfər itkin düşdübackend

Vyetnamda torpaq sürüşməsi: Yeddi nəfər öldü, 46 nəfər itkin düşdü

Vyetnamın Quanqnam əyalətində baş verən iki sürüşmə nəticəsində ən azı yeddi nəfər ölüb, 46 nəfər itkin düşüb.

Bu barədə “VnExpress” portalı məlumat verib.

Bildirilir ki, hər iki sürüşmə “Molave” ​​tayfununun yaratdığı güclü leysan yağışlar səbəbindən başlayıb və bir-birinə yaxın ərazidə olub.

Meteoroloqların fikrincə, “Molave” ​​son 20 ildə ölkəni vuran ən güclü tayfundur.

  •  (0)
  •  (0)