Vüsal Novruzovla bağlı cinayət işinə xitam verilib?backend

Vüsal Novruzovla bağlı cinayət işinə xitam verilib?

Vüsal Novruzovla bağlı cinayət işinə xitam verilib? (ARXİV)

 

DTX-nin keçirtdiyi “Dutifri” əməliyyatında nədənsə Vüsal Novruzov ev dustağlığına götürülüb…

Prezident İlham Əliyevin son vaxtlar apardığı struktur və kadr islahatlarının nəticəsində Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Agentliyi İqtisadiyyat Nazirliyinə birləşdirildi,Mikayıl Cabbarov da İqtisadiyyat naziri vəzifəsinə təyin olundu. Nazirliklərin birləşməsindən sonra İqtisadiyyat nazirliyinin tərkibində “gözü yumlu” fəaliyyət göstərən Antiinhisar və İstehlak Bazarına Nəzarət Agentliyi və Vergilər Nazirliyinin Baş İstintaq idarəsinin fəaliyyətlərindən Legion.az saytına maraqlı məlumatlar daxil olub.

Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin keçmiş rəisi Vüsal Novruzovun cinayət məsuliyyətinə cəlb olunması barədə ölkə mətbuatında bir çox məlumatlara rast gəlmək olur. Qeyd edim ki,Dövlət Təhlükəsizliyi Xidmətinin Baş istintaq idarəsində 2018-ci ilin yaz aylarında V. Novruzovla bağlı cinayət işi başlanılıb. Astara Gömrük idarəsinin ərazisində yerləşən “Dutifri” şirkətinin anbarında on milyonlarla dəyərində ölçülən bütün məmulatların yoxa çıxmasında V. Novruzov ittiham olunub. DTX-nin keçirdiyi “Dütifri” əməliyyatında bir neçə gömrük əməkdaşının cinayət məsuliyyətinə cəlb olunaraq barələrində həbs qərarı seçilsə də, nədənsə general V. Novruzov ev dustaqlığına götürülür. Onun havadarı olan Baş Prokuror Zakir Qaralovun müdaxiləsindən sonra DTX-də V. Novruzov barəsində qaldırılan cinayət işinin araşdırılması Vergilər Nazirliyinin Baş istintaq idarəsinə göndərilir.

Daxil olan məlumata görə araşdırmanın sonunda hətta cinayət işinə xitam verilib.
Dütifri-nin anbarında dəyəri on milyonlarla ölçülən malların itirilməsindən guya xəbərsiz olan Antihisar agentliyi və VN-nin Baş istintaq idarəsi V. Novruzovun cinayət məsuliyyətindən boyun qaçırmağına yardımçı olublar.
Görəsən bu qurumlar İqtisadiyyat nazirliyinin tərkibində birgə fəaliyyət göstərəndən sonra da xidməti bu minvalla davam edəcəklər?
Legion.az saytına daxil olan məlumata görə V. Novruzov Səbail rayonu, Badamdar qəsəbəsi 1-ci yaşayış massivi, 5-ci döngə ,ev 8 ünvanında dəyəri 10 milyondan çox ölçülən 7 mərtəbəli villa inşa etdirib. Hətta villanın həyətində generalın təhlükəsizliyinin mühafizəsi üçün üç polis postu və “Giriş qadağandır” nişanı quraşdırılıb.

Daxil olan məlumata görə V. Novruzovun əmlaklarının sayı-hesabı yoxdur. Ən maraqlısı odur ki,bu şəxs idarə rəisi olduğu dövrdə Türkiyənin istirahət məkanlarında sutkası 20 min ABŞ dollarına olan villalarda həftələrlə istirahət edib. Həmin villalarda istirahət edənlərin sırasında Qazaxstan Respublikasının prezidenti Nursultan Nazarbayev və Türkiyə Cumhuriyyətinin Prezidenti Tayyib Ərdoğana da rast gələnlər olub. Adlarını qeyd etdiyim dünyaca tanınmış siyasi xadimlərin həmin məkanda istirahət etməklərini başa düşmək olar, ancaq Azərbaycanda aylıq əmək haqqına xidmət edən bir məmurun həmin villalarda həftələrlə istirahət etməsi istər-istəməz suallar doğurur.
Ola bilsin oxucuda sual yaranar ki, Astara Gömrük İdarəsində baş vermiş hadisənin Bakı Gömrük İdarəsinin rəisinə nə aidiyyatı var.Amma bununla bağlı apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, Aydın Əliyev DGK-nin sədri vəzifəsində olan vaxt nəinki bölgələrdə yerləşən Gömrük idarələri, hətta DGK-nın kadr siyasəti V. Novruzova həvalə olunmuşdur. Hətta Səfər Mehdiyev DGK-nın sədrinin 1-ci müavini vəzifəsində olsa da həmin zaman V. Novruzovun işinə nəzarət etməyi imkan xaricində olub.

Göründüyü kimi V. Novruzov ölkənin 100 milyonlarla pulunu talasa da havadarının köməkliyi ilə cinayət məsuliyyətindən boyun qaçıra bilib.
Bu məlumatlarla bağlı aidiyyatı qurumların ictimaiyyətə geniş açıqlama verəcəklərinə ümid edirik.

4 dekabr 2019

Hokm.az

  •  (0)
  •  (0)