Vüqar Bayramovun Füzulidə deputat ofisi açıldıbackend

Vüqar Bayramovun Füzulidə deputat ofisi açıldı

Milli Məclisin deputatı Vüqar Bayramovun deputat ofisi açılıb.

 

Hokm.az xəbər verir ki, bu barədə deputat özü məlumat verib.

 

“Ötən həftədən etibarən Füzuli rayonunda deputat ofisi fəaliyyətə başlayıb.

Ofisimiz Horadiz şəhərindəki Gənclər Mərkəzində yerləşir. Deputat köməkçisi Eltun Ağakişiyevlə (050) 2268002 nömrəli telefon və ya [email protected] email vasitəsi ilə əlaqə saxlayıb sizləri maraqlandıran istənilən məsələ ilə bağlı müraciət edə bilərsiniz. Hər bir müraciət öyrəniləcək və qanunverici tələblər çərçivəsində qısa zamanda cavablandırılacaq. Heç bir müraciətiniz cavabsız qalmayacaq və hüquqi çərçivədə dəstək olunmağa çalışılacaq. Karantin qaydaları daha da yumşaldılacağı halda gələn aydan Füzuli rayonunda və eləcə də digər rayon və şəhərlərimizdə məskunlaşan seçicilərimiz ilə mütəmadi görüşlərimiz davam etdiriləcək”, – deyə V.Bayramov seçicilərinə müraciət edib.

  •  (2)
  •  (3)