Ukrayna Prezidenti Volodimir Zelenski bəzi Avropa dövlətlərini tənqid edib.
O, Estoniya parlamentindəki çıxışında bəzi Qərb ölkələrini Rusiyanın apardığı müharibəyə və deportasiyaya sponsorluq etməyə son qoymağa çağırıb.
O deyib ki, Rusiya neftinə Avropa İttifaqı miqyasında sanksiya tətbiq edilməlidir. “Rusiyaya yeni təsir vasitələri tapılamlıdır. Bu, deportasiyaya son qoymaq üçün vacibdir. Avropa İttifaqının bunu təmin edəcək gücü var. Rusiya zorla deportasiya olunmuş ukraynalıları, minlərlə oğurlanmış uşağı qaytaranadək Moskvaya təsirlər davam etməlidir. Avropa İttifaqının deportasiyaya və müharibəyə sponsorluq etmək hüququ yoxdur”, – o bildirib.
Zelenskinin sözlərinə görə, Avropa liderləri sanksiyalar siyasətinə daha ciddi yanaşmalıdır.
“Sanksiyalar bu gün Rusiyanı sülhə vadar etmək üçün yeganə vasitədir”, – Prezident deyib.