Vladimir Putin İlham Əliyevə TƏŞƏKKÜR ETDİbackend

Vladimir Putin İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Rusiya Prezidenti Vladimir Putin Qarabağdakı vəziyyətin nizama salınması ilə bağlı kompromis həllər tapdığı üçün Azərbaycan lideri İlham Əliyevə təşəkkür edib.

Hokm.az xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.

“Təbii ki, ən vacib məsələlərdən biri də regionda vəziyyətin tənzimlənməsi məsələsidir. Bilirəm ki, əlbəttə siz ona böyük diqqət və əhəmiyyət verirsiniz. Kompromisli qərarların olduğuna görə sizə təşəkkür etmək istəyirəm”, – deyə Putin Kremldəki azərbaycanlı həmkarı ilə görüşün əvvəlində bildirib.

“Onlar həmişə ən mürəkkəbdirlər. Əgər biz istəyiriksə, biz hamımız nizamasalmanı istəyiriksə, bu yolla getməliyik. İndiyə qədər biz bunu edə bildik”, – Putin əlavə edib.

  •  (0)
  •  (0)