Vitse-spiker: Heç sovet ordusu Varşvaya daxil olanda belə etməmişdibackend

Vitse-spiker: Heç sovet ordusu Varşvaya daxil olanda belə etməmişdi

Bu qələbənin memarı İlham Əliyevdir. Qələbə göstərdi ki, ölkə başçısı nəyi nə vaxt etməyi çox yaxşı bilir.

Hokm.az xəbərinə görə, bu sözləri Milli Məclisdə çıxışı zamanı vitse-spiker Adil Əliyev deyib. Azərbaycanın ciddi diplomatik fəaliyyət göstərdiyini xatırladan vitse-spiker qeyd edib ki, BMT tərəfindən Azərbaycanın əleyhinə qəbul edilməsi istənilən qətnamənin qarşısının alınması buna misaldır: “Bu müharibədə Türkiyə, Pakistan və digər dost ölkələr Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəklədi. Düşmən ölkəsinin mediası da Azərbycan Ordusunun zərbəsi haqqında etiraflar edir. Şəxsi heyətin zəruri avadanlıq və müasir silahlarla təminatı qələbənin əldə olunmasında xüsusi rol oynadı. Hesab edirəm ki, Ermənistan aldığı zərbədən uzun illər özünə gəlməyəcək”.

Adil Əliyev bildirib ki, uzun illər blokada vəziyyətində qalan Naxçıvana quru yolunun açılması da böyük zəfərdir: “Düşmən Azərbaycana qaytarmalı olduğu əraziləri dağıdır. Heç sovet ordusu Varşvaya daxil olanda belə etməmişdi. Biz zəfər qazandıq. Ermənistanın timsalında dünya başa düşdü ki, ölkə başçısının “Qarabağ Azərbaycandır və nida” təsadüfi söz deyil və bunu həyata keçirəcək dəmir iradə var”.publika

  •  (1)
  •  (0)