Virus infeksiyalarının ilk simptomlarında. TƏBİİ VASİTƏ
Xalq təbabətində virus infksiyalarını (qrip və s.) və soyuqdəyməni müalicə etmək üçün bir çox reseptlər mövcuddur.
Hokm.az Saglamolun.az-a istinadən sizə tanınmış rusiyalı fitoterapevt, həyatını xalq təbabətinin öyrənilməsinə həsr etmiş P.Kurenkovun kitabından bir faydalı resept təqdim edir.
Hərəsindən 1 x.q. üyüdülmüş zəncəfil və sarıkök 100 qr balla yaxşı qarışdırılır. Soyuqdəymə və ya virus infeksiyalarının ilk simptomlarında bu qarışıqdan 1 ç.q. götürüb 1 stəkan ilıq suda həll edin və için. Bunu gün ərzində 3-4 dəfə edə bilərsiniz.
Sarıkök, zəncəfil və bal güclü virus, mikrob və iltihab əleyhinə təsirə malikdir, immun sistemini stimullaşdırır. Bu qarışıq sağalmanı tezləşdirir, ağırlaşmaların riskini azaldır.
















